Ürək sağlamlığını qorumaq üçün pəhriz tövsiyəsi
14.02.2021 09:00

“Ürək-damar xəstəlikləri dünyada ən çox yayılan xəstəliklərdən biridir. Buna görə profilaktika üçün həkimlər sağlam həyat tərzi sürməyi və düzgün qidalanmağı məsləhət görürlər”.

 

Aztibb.az mo-72.spb.ru-ya istinadən xəbər verir ki, bunu tanınmış kardioloq, tibb elmləri doktoru Nana Poqosova “KP.RU”ya bildirib.

 

Onun sözlərinə görə, yeməklər müxtəlif olmalıdır, çünki heç bir qida növündə orqanizm üçün lazım olan bütün maddələr toplanmır: “Hər şeydən əvvəl, balıq. Hər hansı bir balığı yeyə bilərsiniz, ancaq yağlı okean balığına üstünlük verilməlidir (tərkibində omeqa-3-çox doymamış yağ turşuları olduğu üçün - Red). Həftəlik 200 - 300 qram yeyilməlidir. Gündəlik qida rasionunda təxminən 500 qram tərəvəz və meyvə də olmalıdır”.

 

Kardioloq bildirib ki, noxud və lobya da insan orqanizmi üçün faydalıdır. Onların tərkibində A, B1, B6, C vitaminləri və bir çox bitki zülalı var. Mütəmadi yaşıl noxud istehlakı xərçəngin yaranma riskini azaldır, bədəndəki yenilənmə proseslərini stimullaşdırır. Bütün dənli bitkilər faydalıdır. Xüsusilə bu bitkilərin tərkibində qan damarlarının divarlarını gücləndirməyə kömək edən mis və flavonoid var.

 

Bundan başqa, yeməyin harada və necə hazırlanması çox vacibdir. Belə ki, evdə hazırlanan yeməklər ümumiyyətlə ictimai iaşə yeməklərindən 500 kalori azdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama