Açıq havada maska taxmaqla bağlı AÇIQLAMA
13.02.2021 18:27

Açıq havada tibbi maskadan istifadə etməməklə bağlı TƏBİB nümayəndəsinin açıqlaması onun şəxsi fikridir.

 

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

 

O bildirib ki, maska ilə bağlı Nazirlər Kabinetinin qərarı var. İctimai yerlərdə, açıq məkanlarda, açıq havada maskadan istifadə olunmalıdır: "Bununla bağlı TƏBİB-dən rəsmi açıqlama verilib ki, bu açıqlama verən şəxsin öz fikridir. Yəni bu açıqlama TƏBİB-in rəsmi mövqeyini əks etdirmir. Ona görə də cəmiyyətdə çaşqınlıq yaranmamalıdır. Pandemiya hələ bitməyib, ona görə də qaydalara ciddi əməl edilməlidir ki, dövlət növbəti yumşalma tədbirlərini davam etdirsin. Bu, bizim hər birimizə asılıdır və indiyə qədər çəkilən əziyyət hədər getməsin. Hər bir vətəndaşın bu tibbi maskalardan doğru və düzgün istifadə etmək məcburiyyəti var. Bu həm də qanunvericilik normasıdır. Əgər hansısa şəxs ictimai yerlərdə müvafiq maskalardan düzgün istifadə etmirsə və polis tərəfindən aşkarlanırsa, həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görüləcək".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub