Steroid tərkibli tənəffüs dərmanları COVID-19 ağırlaşmalarının qarşısını alır - Mühüm kəşf
12.02.2021 11:00

Oksford Universitetinin araşdırmasına görə, astma üçün istifadə edilən dərmanların COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilən insanların faizini azaltdığı və müalicə müddətini qısaltdığı məlum olub.

 

Aztibb.az xəbər verir ki, koronavirus simptomları ortaya çıxdıqdan sonra yeddi gün ərzində astma dərmanları istifadə edildikdə öz təsirini göstərir.

 

Tədqiqat xroniki ağciyər xəstəlikləri və astmanın müalicəsində istifadə olunan “budesonid aktiv” maddə tərkibli dərmanlarla aparılıb. Oksford Universiteti tərəfindən 28 gün ərzində 146 xəstənin nəzarətdə saxlanıldığı bir araşdırmada budesonidin tənəffüs zamanı çətinliyi, digər xəstələrə nisbətən reanimasiya və ya xəstəxanaya yatma riskini 90 faiz azaltdığı ortaya çıxıb.

 

Tədqiqatçıların məqsədi astma dərmanı qəbul edən insanların COVID-19 xəstəliyini digər xəstələrə nisbətən daha yüngül keçirməsi ilə bağlı müşahidələr aparmaq olub. Mütəmadi olaraq steroid tərkibli tənəffüs dərmanları istifadə edən şəxslərdə koronavirus səbəbilə xəstəxanaya müraciət nisbətinin aşağı olması tədqiqatçıların diqqətini çəkib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub