Peyvəndlə bağlı şübhəli fikirlərə inanmamaq lazımdır - TƏBİB
12.02.2021 09:50

Peyvəndlə bağlı skeptik yanaşmalar yalnız yaşlılar arasında deyil, gənclər arasında da var. Lakin onu demək lazımdır ki, ilk növbədə etibarlı mənbələrdən məlumat alaraq ona güvənmək lazımdır.

 

Aztibb.az xəbər verir ki, bunu Trend-ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

 

Onun sözlərinə görə, əgər peyvənd insanları 70-90 faiz ölümdən qoruyursa, bu, özü peyvəndlə bağlı şübhəli düşüncələrin olmamasına və sualların meydana çıxmamasına əsas yaradır:

 

"Peyvənd bizi yalnız xəstəlikdən deyil, ölümdən də qoruyur. Çünki hər kəsin xəstəliyi necə keçirəcəyi bəlli deyil. Bəzi gənclər "mən idmanla məşğul oluram, yaxşı qidalanıram, sağlam həyat tərzi keçirirəm" desə də, bunlar insanda immunitetin güclü olmasına və onların xəstəliyi yüngül keçirəcəyinə əsas vermir. Heç kəs bizə xəstəliyi yüngül keçirəcəyimizə təminat vermir. Buna görə də hər kəs risk qrupuna aiddir. Çünki biz daha əvvəl yaşlı və yanaşı xəstəliyi olanların COVID-19-u daha ağır keçirdiyini söyləyirdik. Amma zamanla gənc insanlar arasında da COVID-19-u ağır keçirmə və hətta bundan ölümün baş verməsi hallarına rast gəldik. Bu səbəbdən gənc olmağımıza, yanaşı xəstəliyimizin olmamasına güvənməməliyik".

 

N.Mustafayeva qeyd edib ki, insanda immunitet anadangəlmə formalaşır. Həyat tərzi immunitetin sadəcə güclü və ya zəif olmasını müəyyən qədər balanslaşdırır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub