Piylənmənin qarşısını alan ən effektiv dərman
11.02.2021 16:54

ABŞ-ın Şimal-Qərb Universitetinin mütəxəssisləri diabet xəstələri üçün nəzərdə tutulan semaqlutid preparatının piylənmənin qarşısını almaq üçün son dərəcə təsirli vasitə olduğunu müəyyən ediblər.

 

Aztibb.az www.gazeta.ru-ya istinadən xəbər verir ki, alimlər uğurlarından “New England Journal of Medicine” jurnalındakı məqalədə bəhs ediblər.

 

Tədqiqatda həftəlik semaqlutid və ya plasebo qəbul edən təxminən 2 min piylənmədən əziyyət çəkən və şəkərli diabet xəstəsi olmayan şəxs iştirak edib. 68 həftə ərzində birinci qrup bədən çəkisinin təxminən 15 faizini, ikincisi isə yalnız 2,4 faizini itirib. Semaqlutid qəbul edən iştirakçıların üçdə birindən çoxu bədən kütləsinin 20 %-dən çoxunu itirib. Həmçinin bir çox pasiyentdə diabet və diabetöncəsi əlamətlər yox olub.

 

Tədqiqatçılar vurğulayır ki, bu nəticələr piylənmə əleyhinə olan digər dərmanlardan xeyli yaxşıdır. İndiyə qədər bu cür müvəffəqiyyətlər yalnız mədənin kiçildilməsi əməliyyatının köməyi ilə əldə edilmişdi. Bundan əlavə, yalnız az sayda iştirakçı arıqlamaq üçün qəbul edilən dərmanların səbəb olduğu mədə-bağırsaq traktı ilə qarşılaşıb.

 

Semaqlutid o cümlədən qlükoza konsentrasiyasına və iştaha təsir edən qlükaqona bənzər peptid-1 hormonunu aktivləşdirir. O, şəkər səviyyəsini daha yaxşı idarə etmək üçün 2-ci tip diabetli insanlara təyin edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama