Ürək-damar cərrahı Rəşad Mahmudov: "Xroniki xəstəliyi olan şəxslər peyvəndi hamıdan tez vurdurmalıdır"
11.02.2021 12:32
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru, ürək-damar cərrahı Dr. Rəşad Mahmudov "ARB" telekanalının "İş Vaxtı" verlişində vaksinasiya başlanan gündən vətəndaşları maraqlandıran suallara ətraflı aydınlıq gətirib. 
 
Həkim bildirib ki, ürək-damar və şəkər xəstəliyi olan insanlar, təzyiq problemi yaşayanlar, müəyyən əməliyyat keçirənlər, eləcə də ürəyinə stend qoyulan şəxslər risk qrupuna daxil olan insanlardır.
 
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də ilk növbədə bu kimi xəstələrin peyvənd olunması qeyd olunur. Çünki yüksək risk qrupuna daxil olan həmin insanlarda COVID-19-un fəsad yaratma riski yüksəkdir və daha çox ölümə səbəb olur:
 
"Cəmiyyətdə, insanlar arasında yalnış düşüncələr mövcuddur ki, müəyyən xroniki xəstəliyi olan insanlar peyvənd olunmamalıdır. Hətta bəzi həkimlər də eyni fikirdədirlər. Bu, qətiyyən qəbulolunmazdır. Açıq ürək əməliyyatı olan pasiyentlər və digər risk qrupuna daxil olan insanlar ilk növbədə peyvənd olunmalıdırlar".
 
"Siz də koronavirusa yoluxub sağalmısınız, bəs özünüz peyvənd olunmusunuzmu?" sualına isə "xeyr" cavabını verən həkim diqqətə çatdırıb ki, COVID-19-u keçirən insanlarda 6 ay müddətində bu virusa qarşı immunitet formalaşır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub