ABŞ-da vaksinləmə supermərkəzləri açılacaq
11.02.2021 11:54

Ağ evin koronavirus pandemiyasının nəticələrinə qarşı mübarizə komandası bu ay ərzində Texas ştatında üç vaksinləmə supermərkəzinin açılacağını elan edib.

 

Ağ evin bəyanatında bildirilir ki, yeni supermərkəzlər daha həssas və yetərincə xidmət edilməyən əhalinin yaşadığı rayonlarda vaksinləmə proqramı çərçivəsində fəaliyyət göstərəcəklər. Fevralın 27-də Dallasdakı “Fair Park” parkında, Hyustondakı NRG stadionunda və Arlinqtondakı AT&T stadionunda bu cür supermərkəzlər açılacaq. Həmin mərkəzlərdə gündə 10.000 nəfər peyvəndlənəcək.

 

Ağ evin koronavirus pandemiyasının nəticələrinə qarşı mübarizə komandasının əlaqələndiricisi Ceff Ziyentin sözlərinə görə, belə mərkəzlər Nyu-Yorkda planlaşdırılıb. Ağ ev komandasının həmsədri doktor Marsella Nunyes-Smit bildirib ki, mobil vaksinləmə mərkəzləri COVID-19-a yoluxma hallarının çox olduğu rayonlarda açılacaq. Ekspertlər bildiriblər ki, aztəminatlı rayonların sakinləri koronavirus əleyhinə vaksin əldə edilməsində çoxsaylı maneələrlə üzləşirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub