Bu şəxslər də "Britanıya ştammı"na yoluxa bilər - Həkim-terapevtdən XƏBƏRDARLIQ
11.02.2021 09:30

Dünyanı cənginə alan yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizədə hələ müsbət nəticə əldə olunmamış, ötən ilin axırlarında Britaniyada aşkar olunan virusun yeni növü tibb aləmini yenidən təşvişə saldı. 75 faiz daha yoluxuculuq qabiliyyəti ilə seçilən "Britaniya ştammı" təkcə Krallıqda deyil, dünyanın bir sıra ölkələrində də sürətlə yayılır.

 

Aztibb.az xəbər verir ki, həkim-terapevt Emin Məmmədov virusun yeni növü haqqında deyib: "Britaniya mutagen forması əvvəlki koronavirusdan daha yoluxucudur, yaşı 20-dən aşağı olanlarda daha ağır gedişli pnevmoniyalara səbəb ola bilir və yaşı 45-dən 70-dək olanlarda daha ağır gedişli olur. Aparılan vaksinasiya prosesinin yeni mutagen ştammlardan qoruyacağı hələ də sual altındadır. Lakin buna baxmayaraq, vaksinasiya prosesi kütləvi şəkildə davam etdirilməlidir, çünki pandemiyadan qurtulmağın yeganə yolu vaksinasiyadır".

 

Maraqlıdır ki, Almaniyada qocalar evinin sakinləri koronavirus infeksiyasına qarşı peyvənd olunsalar da, virusun "Britaniya ştammı"na yoluxublar. Bəlkə də vaksin olunmaları onları yeni ştammın ağır nəticələrindən qoruyur. Həkimlər bildirirlər ki, koronavirusa yoluxub sağalan 20 və daha aşağı yaş qruplarında olanlar, COVID-19-a qarşı immuniteti yarananlar da yeni ştamma yoluxa bilərlər.

 

Təkcə koronavirusun "Britaniya ştammı"na deyil, bütün viruslara qarşı əsas mübarizə metodu maska taxma, məsafə saxlamaq, dezinfeksiyaedici vasitələrdən istifadə etməkdir. "Koronavirusun mutasiya növlərindən asılı olmayaraq hər kəs daha diqqətli olmalıdır, çünki gələn mutagen forma daha aqressivdir, daha sürətli yoluxur və xəstəliyi daha ağır gedişlə müşahidə olunur. Ona görə maskanın taxılması, kütləvi toplaşmama və s. məsələlərə yenə də ciddi əhəmiyyət vermək lazımdır və qətiyyən arxayınlaşmaq olmaz", - deyə həkim-terapevt bildirib.

 

Virusun "Britaniya ştammı" ölkəmizdə hələ qeydə alınmasa da, əvvəlki kimi ayıq-sayıq davranmaq, infeksiyaya qarşı mübarizə tədbirlərini zəiflətməmək və "üç qızıl qayda"ya əməl etməyi bir an da olsun unutmamaq tələb olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub