“The Lancet” tibb jurnalı: “CoronaVac” vaksininin heç bir təhlükəsi yoxdur
10.02.2021 22:20

Nüfuzlu tibbi jurnal olan “The Lancet” Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVac” vaksini haqqında geniş məqalə dərc edib.

 

Aztibb.az jurnala istinadən xəbər verir ki, məqalədə COVID-19 virusuna qarşı başlanılan vaksinasiya prosesinin əhəmiyyətindən, “CoronoVAC” vaksinindən, onun uğurlu sınaqlarının müsbət nəticələrindən bəhs olunur.

 

Bildirilir ki, gənclərlə müqayisədə 60 yaşlı və ondan yuxarı insanlar, xüsusilə də kəskin xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər COVID-19 xəstəliyini daha ağır keçirirlər və yaş artdıqca ölüm riski də artır. Bu səbəbdən COVID-19-un dünyada yayılmasının qarşını almaq üçün effektiv və təhlükəsiz vaksinlərin tətbiqi zəruridir.

 

“CoronoVac” vaksininin COVID-19 əleyhinə inaktivasiya edilmiş peyvənd olduğu bildirilən məqalədə deyilir ki, COVID-19-a yoluxma riski yüksək olan 60 yaş və daha yuxarı şəxslərin bu vaksinə daha çox ehtiyacı var. Bu vaksin qeyd edilən yaş qruplarında olan şəxslərin təhlükəsizliyinin, dözümlülüyünün və immunogenliyinin artırılması üçün istifadə edilir.

 

"CoronoVac” vaksini Çinin Hebey (Hebei) əyalətinin Renku (Renqiu) şəhərində təsadüfi üsulla hər iki gözü kor olan insanlarda kliniki şəraitdə test edilib. Belə ki, vaksin 0-28 gün arasında 2 dozada əzələyə inyeksiya edilir. Vaksinasiya prosesində iştirak edən bütün tərəflər - tədqiqatçılar, həkimlər, laborantlar hamısı maskadan istifadə etməlidir və ilk dozadan sonra vaksinasiya olunan şəxsin vaksinə reaksiyası müşahidə edilir. Əvvəlcədən bütün iştirakçılarla razılaşdırıldığı kimi 28 gündən sonra ikinci doza vurulur.

 

Məqalədə vurğulanır ki, 2020-ci ilin 22 may və 1 iyun tarixləri arasında birinci faza üzrə 72 nəfərin, 12-15 iyun tarixlərində isə ikinci faza üzrə 350 nəfərin üzərində sınaq vaksinlənmə həyata keçirilib. 28 gün ərzində hər hansı əks reaksiyaya rast gəlinməyib.

 

Araşdırmaların nəticələrinə əsasən “The Lancet” jurnalı bildirir ki, adıçəkilən vaksin yaşlı şəxslərin dözümlülüyünə müsbət təsir edir və heç bir təhlükəsi yoxdur.

 

Qeyd edək ki, ölkəmiz də Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinini alır. Mərhələli şəkildə ölkəyə gətirilən vaksinlərin ilkin mərhələdə 60 yaşdan yuxarı insanlar, tibb işçiləri, polis əməkdaşları və digər risk qruplarından olan şəxslərə vurulmasına başlanılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub