Baş həkim: Yaşlı sakinlər hərtərəfli müayinə edildikdən sonra peyvənd olunurlar
10.02.2021 14:34

Artıq üç gündür ki, yaşı 65-dən yuxarı olan vətəndaşların yeni növ koronovirus (COVID-19) əleyhinə vaksinasiyası davam edir. Bakının Qaradağ rayonundakı 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında da peyvəndləmə tədbiri getdikcə daha geniş vüsət alır.

 

Xəstəxananın baş həkimi Elmira Rəfailovanın AZƏRTAC-a verdiyi məlumata görə, tibb işçilərinin vaksinasiyası başa çatan kimi yaşlı sakinlərin həmin tədbirə cəlb olunması prosesi başlayıb: “Müəssisəmizdə çalışan 130 həkim və tibb işçisindən 80 nəfərinə Çinin “Sinovac” şirkətinin “CoronaVac” vaksini vurulub. 23 nəfər ayrı-ayrı vaxtlarda COVID-19 xəstəliyini keçirdiyinə görə, qalan işçilərin bəzisi analıq məzuniyyətinə çıxdığı, bəzisi südvermə mərhələsində olduğu üçün onlara peyvənd vurulmayıb.

 

Həkim və tibb işçilərimiz peyvəndin üstünlükləri və faydası barədə əhali arasında məlumatlandırma işi aparırılar. Xəstəxanamızda 578 nəfər yaşı 65-dən yuxarı olan vətəndaşlar peyvənd olunacaq. Peyvənd vurdurmaq istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsi ilə randevu. az saytına SMS-lə müraciət etdikdən sonra vaxt təyin olunur, sistemə salınır, ambulator kartı götürülür və həkimin müayinə otağına yönəldilir. İlk iki gündə 14 sakin həmin prosedurdan keçib. Onlar xəstəxanaya daxil olan kimi dərhal temperaturları ölçülür, əllərinə dezinfeksiyaedici spirt məhlulu vurulur və bundan sonra xüsusi qeydiyyat otağına üz tuturlar. Adətən həmin yaş qrupuna aid insanlarda bir sıra xroniki xəstəliklər müşahidə olunur. Ona görə həkimlər həmin kateqoriyadan olanlara çox diqqətlə yanaşır və onları hərtərəfli müayinədən keçirirlər. Peyvənd olunduqdan sonra ikinci dozanın vurulma tarixi barədə də vətəndaşlara xəbərdarlıq edilir.

 

İlk günlər olduğuna görə, hələ müraciətlər o qədər də çox deyil. Yəqin ki, qarşıdakı günlərdə daha çox sakin peyvənd vurdurmaq üçün üz tutacaq. Peyvənd vurulandan sonra da sahə həkimləri onlara zəng edir, evlərinə baş çəkir, özlərini necə hiss etdikləri ilə maraqlanırlar. Nəticələr yaxşıdır, peyvənd olunanların heç birində yan təsirlər qeydə alınmayıb”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub