Apteklərdə satılan sürətli COVID-19 testlərinə inanmaq olarmı? - Həkim-reanimatoloq
10.02.2021 11:35

Apteklərdə satılan sürətli COVID-19 testləri əsasən infeksiozluğu göstərir, infeksiyanı yox. 

 

Bunu anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

 

Həkim bildirib ki, burun-udlaqdan götürülmüş materialda virus həddən artıq çox olduqda test müsbət çıxır. Bu, əhalidə yüksək virus yüklü xəstələrin tez aşkar olunması baxımından əhəmiyyətlidir. Əgər bir pasiyentdə bu test müsbət çıxıbsa, deməli virus yükü yüksəkdir və həmin insan daha çox yoluxdurucudur. Lakin kimdə virus yükü azdırsa, yalnış olaraq neqativ cavab çıxacaq. Və həmin adam arxayınlaşaraq davranışına o qədər də nəzarət etməyərək ətrafdakılara virusu yayacaq.

 

"Deməli, kimdə həmin test müsbətdirsə, həmin şəxs ətrafdakılar üçün yoluxdurucudur və xəstəliyin ilk 5-10 günlüyündədir. Əgər cavab neqativ çıxarsa, tam arxayın olmaq olmaz, bu testlər infeksiyanı inkar edə bilmir. Ola bilər həmin insan koronavirusa yoluxub, lakin virus yükünüz azdır" - deyə, renimatoloq əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub