Bir sıra ölkələrdə pandemiya ilə bağlı SON VƏZİYYƏT
09.02.2021 14:52

Böyük Britaniyada son sutka ərzində 333 nəfər koronavirusdan həyatını itirib. Bununla da ölkədə COVID-19-dan ölənlərin ümumi sayı 112 798 nəfərə çatıb.

 

Son sutka ərzində 14 104 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 959 784 nəfərdir.

 

Braziliyada son sutka ərzində daha 23 439 nəfərin koronavirus infeksiyasına yoluxması, 636 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 9 548 079 nəfər yoluxub. Bu müddət ərzində 232 170 koronaviruslu xəstə dünyasını dəyişib.

 

Həmçinin bu günədək 8 447 645 xəstə müalicə olunaraq sağalıb.

 

İtaliyada koronavirus infeksiyasına son bir gündə daha 7970 nəfərin yoluxduğu təsdiqlənib.

 

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 307 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 91 580 nəfərə çatıb. Ölkədə hazırda 419 604 aktiv koronavirus xəstəsi var, onlardan 2143-ü ağır vəziyyətdədir.

 

Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 644 707 nəfərdən 2 133 523 nəfər (son sutkada 15 082 nəfər) sağalıb.

 

Türkiyədə COVID-19-dan sutka ərzində 103 nəfər dünyasını dəyişib.

 

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8103 nəfər COVID-19 infeksiyasına yoluxub.

 

Fransada son sutkada COVID-19 infeksiyasından 460 nəfər dünyasını dəyişib.

 

Ötən gün xəstəxanalarda koronavirus pasiyentlərinin sayında 1889, reanimasiya şöbələrində isə 355 artım qeydə alınıb. Xəstəxanalarda ümumilikdə 28 037, reanimasiya şöbələrində isə 3363 ağır vəziyyətdə olan virus xəstəsi intensiv müalicə olunur. Pandemiya qurbanlarının ümumi sayı 79 423-ə çatıb.

 

İranda ötən sutka ərzində koronavirusdan 89 nəfər ölüb. Bununla da ölkədə bu infeksiyadan ölənlərin sayı 58 625 nəfərə yüksəlib.

 

İranda ötən 24 saat ərzində 7 640 nəfər koronavirusa yoluxub. Beləliklə, koronavirusa yoluxanların sayı 1 481 396 nəfərə çatıb. Virus daşıyıcılarından 3 762 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Gürcüstanda ötən gün COVID-19-a 829 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  263 057, ölənlərin sayı isə 3 306 nəfərə çatıb.

 

Ermənistanda son sutka ərzində koronavirus infeksiyasına 123 nəfər yoluxub, 3 nəfər bu vorus səbəbindən vəfat edib.

 

Ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 168 300 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 3126 nəfərə çatıb. Ermənistanda 160 169 nəfər xəstəlikdən sağalıb.

 

Virusa yoluxanlardan 254 916 nəfərin sağaldığı bildirilir.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat