Müxtəlif ölkələrdə pandemiya ilə bağlı son göstəricilər
07.02.2021 11:02

Fransada son sutkada COVID-19 pandemiyasına 20 min 586 yeni yoluxma qeydə alınıb.

 

Xəstəxanalarda 27 min 369 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində 3225 xəstə intensiv müalicə alır. Son həftədə reanimasiyaya daxil olan ağır xəstələrin sayında 6 faiz artım olub.

 

Ölkədə pandemiyadan ölənlərin ümumi sayı 78 min 794-ə çatıb. Son 24 saatda xəstəxanalarda 191 ölüm faktı qeydə alınıb. Pandemiya başlayandan ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 milyon 318 minə çatıb.

 

Braziliyada son sutka ərzində daha 50 630 nəfərin koronavirus infeksiyasına yoluxması, 978 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

 

İndiyədək Braziliyada koronavirusa ümumilikdə 9 497 795 nəfər yoluxub. Bu müddət ərzində 231 012 koronaviruslu xəstə dünyasını dəyişib.

 

Böyük Britaniyada ötən gün 828 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 112 092 nəfərə çatıb.

 

Son sutka ərzində ölkədə 18 262 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 929 835 nəfərdir.

 

Türkiyədə fevralın 6-da ölkə üzrə 137 min 649 nəfər testdən keçirilib. Onlardan 7897 nəfərində virus əlaməti aşkarlanıb, 618 yoluxmuş şəxs xəstəxanalara yerləşdirilib. Məlum infeksiya səbəbindən son sutka ərzində 108 nəfər ölüb, 8089 şəxs sağalıb.

 

İndiyədək Türkiyədə 2 milyon 524 min 786 nəfər infeksiyaya yoluxub, 26 min 685 nəfər vəfat edib.

 

Rusiyada son sutkada daha 16 048 nəfər COVID-19-a yoluxub. Ölkədə bu virusa yoluxanların sayı 3 967 281 nəfərə çatıb.

 

Son 24 saat ərzində Rusiyada 432 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 76 661 nəfərə çatıb.

 

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa 404 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  262 024, ölənlərin sayı isə 3 283 nəfərə çatıb. Virusa yoluxanlardan 253 614 nəfərin sağaldığı bildirilir.

 

Ermənistanda son sutka ərzində COVID-19-a infeksiyasına 151  yoluxma halı qeydə alınıb, 3 nəfər ölüb.

 

Ölkədə indiyədək koronavirusa yoluxanların ümumi sayı 168 088 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 3117 nəfərə çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub