Alimlər koronavirusun mutasiyası ilə bağlı yeni məlumatlar əldə edib
07.02.2021 09:50

İmmun sistemi zəif olan insanların COVID-19-dan sağalan insanların plazması ilə müalicəsi SARS-CoV-2 koronavirusunun yeni mutasiyalarının baş verməsinə səbəb ola bilər.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi Böyük Britaniya alimlərinin tədqiqatlarına istinadən bildirib.

 

Həkimlər səkkiz ildir xərçənglə mübarizə nəticəsində immuniteti zəifləyən COVID-19 xəstəsinin vəziyyətini izah edirlər. Əvvəlcə xəstə "Remdesivir" virusa qarşı dərmanı ilə müalicə edilib, sonra isə ona COVID-19-dan sağalan insandan antiсismləri olan plazmanı yeridiblər.

 

Müalicə ilə paralel olaraq, alimlər virusun genomundakı dəyişiklikləri araşdırıblar.

 

Tədqiqatçıların aldığı məlumata görə, "Remdesivir" ilə iki müalicə kursundan sonra koronavirus demək olar ki, mutasiya etməyib, lakin plazma vurulduqdan sonra virusda ciddi dəyişikliklər qeydə alınıb. Virusun yeni növlərinin daha çox yoluxucu və neytrallaşdırıcı anticismlərə qarşı daha az həssas olduğu aşkar edilib.

 

Qeyd edilib ki, anticismlərlə müalicə xəstəyə zərər verməyib, lakin açıq aşkar bir fayda da verməyib. Xəstəxanaya yerləşdirildikdən 102 gün sonra xəstə ölüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub