Alimlərdən xəbərdarlıq: Sosial məsafə yoluxmanın qarşısının alınmasına təminat vermir
07.02.2021 09:30

Koronavirus pandemiyası zamanı qəbul olunmuş sosial məsafə qaydaları yoluxmanın qarşısının alınmasına təminat vermir.

 

Aztibb.az-ın məlumatına görə, Kiprin Nikosiya Universitetini professorları Dimitris Drikakis və Talib Dbouk bu qənaətə gəliblər.

 

Alimlər hesab edir ki, virusun yayılmasında hava amilləri, xüsusilə də külək böyük rol oynayır.

 
D.Drikakisin sözlərinə görə, 2 metrlik sosial məsafə qaydası yalnız tam küləksizlik şəraitində səmərəlidir. Bundan başqa, havanın temperaturu və rütubətlilik də virusun yayılmasında müəyyən rol oynayır.

 

Mütəxəssislər təklif edir ki, epidemioloji modellər araşdırılarkən iqlim şərtləri də hava yolu ilə yoluxma indeksinə daxil edilməlidir.

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
Ümumi cərrah Mübariz Mahmudov evində ziyarət edilib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar