Virusoloqlar insana eyni anda bir neçə vaksinin vurulmasının effektivliyini sınaqdan keçirəcəklər – Tədqiqat
06.02.2021 11:10

Britaniyada koronavirusa qarşı eyni zamanda bir neçə vaksin istifadə etməyin nə qədər effektiv və təhlükəsiz olmasına həsr edilmiş dünyada ilk tədqiqata başlanılıb.  

 

Aztibb.az meddaily.ru-ya istinadən xəbər verir ki, tədqiqatda 800-dən çox pasiyentin iştirakı ilə Oksford Universitetinin vaksininin ilk dozasının, daha sonra Pfizer vaksinin tətbiqinin effektivliyi öyrəniləcək. Alimlər ölkədə digər vaksinlərdən istifadəyə razılıq verildikdə vaksinlərin başqa kombinasiyalarını da sınaqdan keçirməyi planlaşdırırlar.  Ölkədə Moderna, Johnson and Johnson və Novavax-ın vaksinlərinin bazara çıxarılması gözlənilir.

 

Mütəxəssislərin fikrincə, vaksinlərin kombinasiyaları immun sisteminin müxtəlif hissələrini stimulyasiya etməyə və nəticədə daha güclü immun cavabı əldə etməyə imkan verəcək. Həmçinin virus daim mutasiya etdiyindən ekspertləri müxtəlif vaksinlərdən hazırlanan kokteyllərin koronavirusun yeni ştammlarından qoruya bilib-bilməməsi maraqlandırır. Bu faktı könüllülərin qanından və virusun mutant versiyalarından istifadə edərək yoxlamaq mümkün olacaq.

 

Əvvəlcə tədqiqat çərçivəsində səkkiz müxtəlif kombinasiya yoxlanacaq və 12 həftə və ya 28 gün intervalla peyvəndin vurulması rejimləri seçiləcək. Bir müddətdən sonra alimlər anticisimlərin səviyyəsinin ölçülməsi üçün qan nümunələri götürəcəklər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub