Koronavirus mədəaltı vəzidə çoxalır - TƏDQİQAT
06.02.2021 10:32

Almaniyalı və kanadalı bioloqlar yeni növ koronavirus infeksiyasının hissəciklərinin mədəaltı vəzin hüceyrələrinə daxil olaraq orqanın içərisində çoxaldığını aşkar ediblər.

 

Aztibb.az TASS-a istinadən xəbər verir, bu barədə alimlərin məqaləsi “Nature Metabolism” jurnalında dərc edilib.

 

“Koronavirusa yoluxan şəxslərin sağlamlıq vəziyyətinə dair müşahidələr göstərib ki, infeksiya tez-tez insan bədənindəki qlükozanın dövriyyəsində narahatlıqlar yaradır, lakin bunun səbəbləri bizim üçün aydın deyildi. “SARS-CoV-2”nin insulin istehsal edən beta hüceyrələri də daxil olmaqla mədəaltı vəzin həm ekzokrin, həm də endokrin hüceyrələrinə nüfuz edə bildiyini və orada çoxaldığını aşkar etdik”, - tədqiqatçılar yazıblar.

 

Qeyd edək ki, “SARS-CoV-2” virusunun mərkəz sinir sistemi hüceyrələrinə təsir göstərərək beyin qabığında dəyişikliklərə, nəticədə şizofreniya, Alzheymer və Parkinson xəstəliklərinin ortaya çıxmasına səbəb ola biləcəyi irəli sürülür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub