Qadınlarda ureaplazmoz - Yaranma SƏBƏBLƏRİ, FƏSADLARI - Mama-ginekoloq MƏSLƏHƏTİ
05.02.2021 22:32

Qadınlarda ureaplazmoz ureaplazmanın patoloji aktivliyi nəticəsində sidik-cinsiyyət orqanlarının infeksion-iltihabi xəstəliyidir.

 

Aztibb.az xəbər verir ki, bu barədə mama-ginekoloq, cərrah Dr. Fəxrəndə Rəsulova məlumat verib.

 

O, bildirib ki, xəstəliyin törədicisi sidik-cinsiyyət orqanlarının hüceyrədaxili bakteriyası ureplazmadır.

 

"Ureaplazmanın yalnız 2 növündə (Ureaplasma urealyticum və Ureaplasma parvum) patoloji aktivlik qeydə alınır. Yoluxma qorunmamış cinsi əlaqə və ya doğuş zamanı baş verir".

 

F.Rəsulova bu xəsliyin yaratdığı fəsadlardan da danışıb.

 

"Qadınlarda ureaplazmozun uzun sürən formaları uşaqlıq və onun artımlarında xroniki iltihabi proseslərlə ağırlaşır, belə hallar sonsuzluq, boruların bağlanması, düşük və vaxtından əvvəl doğuşlarla nəticələnir. Cinsi partnyorun infeksiyalaşması ilə vəziyyət daha da ağırlaşır, xəstəlik fonunda kişi sonsuzluğu inkişaf edə bilər", - deyə həkim qeyd edib.

 

Mama-ginekoloq qadınlara müraciət edib: "Xanımlara ilkin klinik əlaməti olmasa belə ildə ən azı 1 dəfə ureaplazmanın analizinin verilməsi tövsiyyə olunur".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama