Koronavirusun yeddi yeni simptomu aşkar edilib
05.02.2021 18:31

Böyük Britaniyada koronavirusun üç klassik əlamətindən (yüksək hərarət, öskürək, iybilmə və dadbilmə hisslərinin itirilməsi) fərqli simptomlar müzakirə mövzusuna çevrilib. Hazırda bu ölkədə koronavirusun mutasiyaları prosesinin fəallaşması müşahidə olunur: Britaniya (kent) ştammına və onun Cənubi Afrika variantına yoluxma hallarının artması qeydə alınır.

 

Yerli ictimai səhiyyə sisteminin rəhbərləri yeni şəraitdə həmvətənlərinin koronavirusa yoluxmanın mümkün simptomları barədə mümkün qədər tez xəbər tutmağı öyrənməyi tövsiyə edirlər.

 

Aztibb.az həmin mütəxəssislərin “Express” nəşrində dərc edilmiş fikrinə istinad edərək bildirir: “İnsanların yalnız Britaniya Milli Səhiyyə Xidməti tərəfindən qeyd edilmiş üç simptom – yüksək hərarət, yeni, fasiləsiz öskürək, həmçinin iybilmə və dadbilmə hisslərinin itirilməsi əlamətləri barədə məlumatlı olması təhlükəsi artır. Belə məhdud yanaşma ciddi səhvdir, çünki insanlar özünütəcrid rejiminə keçmək əvəzinə özləri də bilmədən virusu yaya, özlərini və başqalarını yoluxdura bilərlər”.

 

Mütəxəssislər koronavirusun klassik əlamətləri çərçivəsindən kənara çıxan yeddi mümkün simptomunu göstərirlər: bədəndə ümumi ağrı, boğaz ağrısı, diareya, konyunktivit, baş ağrısı, dəridə səpmə, əl və ya ayaq barmaqlarının rənginin dəyişməsi.

 

Nəşrdə daha sonra bildirilir ki, 140-dan çox britaniyalı həkim səhiyyə xidmətini COVID-19 xəstəliyinə yoluxma hallarının təyin edilməsi üçün simptomların rəsmi siyahısını yeniləməyə çağırıblar. Onlar Londondakı Kraliça Mariya Universitetinin ilkin tibbi-sanitariya yardımı kafedrasının fəxri baş müəllimi doktor Aleks Soxal tərəfindən tərtib edilmiş açıq məktubu imzalayıblar. Məktubda koronavirusa yoluxma əlamətlərinin rəsmi siyahısına aşağıdakı yeddi fiziki dəyişmənin daxil edilməsi tövsiyə olunur: zökəm, burun tutulması, boğaz ağrısı, baş ağrısı, ümumi yorğunluq, xırıltılı səs, əzələ ağrısı.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub