İki dəfə koronavirusa yoluxdu, lakin pandemiyadan xəbəri yoxdur
05.02.2021 18:27

Keçən il mart ayında İngiltərənin Burton qəsəbəsində avtomobil qəzası nəticəsində beyin travması alan 19 yaşlı Cozef Flavill, 10 ay sonra komadan ayılıb.

Aztibb.az xarici mediaya istinadən xəbər verir ki, ölkədəki karantin məhdudiyyətlərinin başlamasından 3 həftə əvvəl komaya düşən Flavill, COVID-19 epidemiyasının varlığından xəbərdar deyil. Həmçinin o, xəstəxanada iki dəfə koronavirusa yoluxub.

 

Ailəsi komadan çıxdıqdan sonra Flavillin hələ danışa bilmədiyini və suallara gözlərini bir-iki dəfə qırparaq cavab verdiyini söyləyir. Yalnız doğum günündə xəstəxanada bir dəfə anası ilə görüşən Flavillin daha sonra heç kimlə təmasda olmadığı bildirilir.

 

Yaxınları onun dünyada 2,2 milyondan çox insanın ölümünə səbəb olan koronavirus epidemiyasından xəbərsiz olduğunu söyləyib. Eyni zamanda onun müalicəsi üçün ailəsinin internetdə başlatdığı kampaniyada təxminən 43 min dollar toplandığı bildirilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub