Dünyanın 7 ölkəsində COVID-19-la bağlı son statistika
04.02.2021 09:48

Çində son sutka ərzində 30 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

 

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 89 649-a yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 83 602 xəstə sağalıb.

 

Çində 1 411 aktiv koronavirus xəstəsi var ki, onlardan da 49-nun vəziyyəti ağır qiymətləndirilir.

 

Böyük Britaniyada son sutka ərzində 1322 nəfər koronavirusdan həyatını itirib. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 109 335 nəfərə çatıb.

 

Son sutka ərzində ölkədə 19 202 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 871 825 nəfərdir.

 

Fransada son 24 saatda COVID-19 pandemiyasına 26 min yeni yoluxma və 357 ölüm faktı qeydə alınıb.

 

Xəstəxanalarda 27 min 955 koronavirus xəstəsi var. Reanimasiya şöbələrində ağır vəziyyətdə olan 3277 xəstə intensiv müalicə alır. Son 24 saatda reanimasiya şöbələrinə ağır vəziyyətdə olan 228 yeni koronavirus xəstəsi qəbul edilib.

 

Ölkədə pandemiya başlayandan ölənlərin ümumi sayı 77 min 595-ə çatıb.

 

Almaniyada son sutkada koronavirus infeksiyasına 14 211 nəfər yoluxub.

 

Son 24 saat ərzində COVID-19-dan 786 nəfər vəfat edib.

 

Almaniyada indiyədək 225 2001 nəfər infeksiyaya yoluxub, onlardan 59 742 nəfər ölüb. 

 

Türkiyədə COVID-19-dan sutka ərzində 117 nəfər ölüb. 

 

Ötən gün  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 8 102 nəfər bu infeksiyasına yoluxub.

 

Bu gün yeni növ koronavirusdan  sağalan xəstələr 8 314, ağır xəstələr isə 1 523 nəfər olub. 

 

Gürcüstanda son sutka ərzində COVID-19-a 583 yoluxma halı qeydə alınıb, 19 nəfər ölüb.

 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 260 480, ölənlərin sayı isə 3 240 nəfərə çatıb.

 

Ermənistanda son sutkada 147 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb və virusa yoluxanların sayı 167 568-ə çatıb.

 

Ölkədə pandemiyadan ölənlərin sayı daha 11 nəfər artaraq 3 107-yə yüksəlib.

 

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 779 nəfərdir. İndiyədək 159 045 pasiyent infeksiyadan sağalıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub