Bir sıra ölkələrdə pandemiya ilə bağlı son vəziyyət
03.02.2021 15:26

Almaniyada son bir gündə 9 mindən çox koronavirusa yoluxma halı və minə yaxın ölüm faktı qeydə alınıb.

 

Ölkədə son 24 saat ərzində COVID-19 xəstələri arasında 975 ölüm faktı və 9 705 yeni yoluxma hadisəsi təsbit edilib.

 

Bununla da Almaniyada pandemiyanın başlanğıcından bu yana yoluxanların ümumi sayı 2 237 790 nəfərə çatıb və təsdiqlənmiş xəstəliyi olan 58 956 pasiyentin ölümü qeydə alınıb.

 

Braziliyada son sutka ərzində koronavirusa yoluxanların sayı 56 240 nəfər olub. Pandemiya son 24 saat ərzində 1 240 nəfərin həyatına son qoyub.

 

İndiyədək virusa yoluxan 9 286 256 nəfərin 226 383-nün həyatını xilas etmək mümkün olmayıb.

 

Müalicə alan 8 160 929 nəfər isə sağalıb.

 

Böyük Britaniyada son sutka ərzində 16 840 nəfərin yeni növ koronavirus infeksiyasına yoluxması təsdiq edilib.

 

Virus testi müsbət çıxan 1 449 nəfər isə ölüb. Bundan əvvəl, 18 600 nəfərdə infeksiya aşkarlanıb, 406 pasiyent isə dünyasını dəyişib.

 

Ümumilikdə ölkə üzrə 3,85 milyon nəfərin koronavirusa yoluxması faktı müəyyən edilib. Onlardan 108 mindən çoxu vəfat edib.

 

Türkiyədə COVID-19-dan sutka ərzində 120 nəfər dünyasını dəyişib.

 

Son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7795 nəfər COVID-19 infeksiyasına yoluxub. Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8639, ağır xəstələr isə 1592 nəfər olub.

 

Türkiyədə indiyədək 2 492 977 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 379 070 nəfər sağalıb, 26 237 nəfər isə vəfat edib.

 

Gürcüstanda son sutkada daha 688 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

 

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 259 897-yə çatıb.

 

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı 788 nəfər artaraq 251 077, vəfat edənlərin sayı isə 13 nəfər artaraq 3 221-ə çatıb.

 

Ermənistanda son sutkada 190 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 167 421-ə çatıb.

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 096-ya yüksəlib.

 

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 777 nəfərdir. İndiyədək 158 693 pasiyent infeksiyadan sağalıb.

 

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub