Böyük Britaniyada koronavirusun "Cənubi Afrika" ştammına rast gəlinib
03.02.2021 10:10

Böyük Britaniyada koronavirusun Cənubi Afrikada mutasiya edilmiş E484K növünə rast gəlinib.

 

Aztibb.az xəbər verir ki, hökumət ölkədə bu növə rast gəlindikdən sonra bəzi bölgələrdə təcili olaraq COVID-19 testlərinin aparılmasına qərar verib.

 

Mutasiyaya uğramış virus Sarri bölgəsində yaşayan iki nəfərdə müşahidə olunub.

 

Araşdırmalar zamanı bu insanların yaxın vaxtlarda səyahət etmədikləri öyrənilib.

 

Hökumət London, Kent, Hertforşayr, Valsal və bəzi digər bölgələrə simptomları olmayanlar da daxil olmaqla hər kəsi testdən keçməyə çağırıb. Vokinq şəhərindəki bütün evlərə koronavirus test dəstləri göndərilib.

 

Xatırladaq ki, ölkədə Cənubi Afrikada mutasiya edilmiş koronavirus növünə rast gəlindikdən sonra yeni səyahət qadağaları qoyulub.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat