COVID-19 dişlərin zədələnməsinə və itirilməsinə səbəb olur - Stomotoloq
03.02.2021 09:47

Gözəl və sağlam dişlərə sahib olmaq, kariyeslə erkən yaşda üzləşməmək və diş ərpinin yaranmasının qarşısını almaq üçün gün ərzində dişləri ən azı iki dəfə fırçalamaq lazımdır. Həmçinin bərk və şəkərli qidalardan mümkün qədər az istifadə etmək məsləhətdir. Qəbul edilən qidalara diqqət yetirmək və altı aydan bir dişləri müayinə etdirmək də tövsiyə olunur.

 

Həkimlər qeyd edirlər ki, ağız sağlamlığını qorumaq üçün üç əsas vasitəyə fikir vermək kifayətdir: diş fırçası, pastası və diş ipi. Diş fırçası ən azı üç-dörd aydan bir dəyişdirilməlidir. Qida qalıqlarının diş dibində qalmaması üçün yeməkdən sonra qarqara etmək də məsləhət görülür. Mütəxəssislərin dediyinə görə, qida və içkilərdəki rəng piqmentləri diş minasındakı məsamələri doldurur və nəticədə dişlər saralmağa başlayır. Ona görə hər dəfə qida qəbulundan sonra ağız boşluğunu yaxalamaq vacibdir.

 

Respublika Stomatoloji Mərkəzinin həkim-stomatoloqu Fidan Abdullayeva deyib: “Təəssüf ki, çox vaxt belə bir fikir formalaşdırırlar ki, süd dişlərinə fikir vermək lazım deyil, çünki onlar gec-tez töküləcək və əvəzində daimi dişlər bitəcək və s. Amma bu yanaşma uşaqlar böyüdükcə onların formalaşan daimi dişlərində də özünü göstərir. Dişlərin sıradan çıxması və zədələnməsinin əsas səbəbi onlara düzgün qulluq edilməməsi ilə əlaqədardır. Sübut olunub ki, ağız boşluğunda olan problemlər bütün orqanizmə, ən əsası isə həzm sisteminə təsir edir. Dişlərdə problem yaranması çeynəmə funksiyasına mənfi təsir göstərir”.

 

O, bildirib ki, dişlərdə yaranan problemlərə vaxtında müdaxilə edilməzsə, daha böyük fəsadlarla üzləşmək mümkündür. Çox vaxt həmin problemlər düzgün qulluq göstərilməməsi zamanı yaranır: “Ən azı gündə iki dəfə-səhər və yatmazdan əvvəl dişlərin fırçalanması məsləhət görülür. Hər dəfə qida qəbulundan sonra diş fırçası vasitəsilə, fırça olmadıqda ağız boşluğunu yaxalamaqla diş ərpi əmələ gəlməsinin qarşısını almaq olar”.

 

Son araşdırmalar göstərir ki, dişlər daha bir təhlükə ilə üz-üzə gəlib. Yeni növ koronavirus (COVID-19) infeksiyası təkcə ağciyərlərə, tənəffüs sisteminə deyil, dişlərə də ziyan vurur. “Ağız boşluğu və diş əti qan-damar sistemi ilə zəngin olduğuna görə COVID-19 birbaşa dişlərin zədələnməsinə, itirilməsinə və diş əti problemlərinə səbəb olur. Bundan başqa, COVID virusu birbaşa ağız boşluğunda olan müəyyən reseptorlara da təsir edir”, - deyə həkim-stomatoloq bildirib.

 

Ağız və diş sağlamlığını qorumaq üçün vitamin və minerallarla zəngin qidalardan istifadə etmək lazımdır. Turş, acı və həddindən artıq şəkərli qidalar dişləri saraldır və ərpin yaranmasına səbəb olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub