COVID-19-a qarşı peyvənd olunanların cəmi 5 faizi afroamerikalılardır
02.02.2021 13:35

ABŞ Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin məlumatına görə, ölkədə vaksinləşdirmənin ilk ayı ərzində peyvəndləşdirilənlərin yarıdan çoxu Avropa mənşəli amerikalılar olub.

 

Mərkəzin hesabatında bildirilir ki, dekabrın 14-dən yanvarın 14-dək olan dövrdə COVID-19-a qarşı vaksinləşdirilmiş 13 milyona yaxın insanın 5 faizdən bir qədər çox hissəsi Afrika mənşəli və 12 faizdən bir qədər az hissəsi Latın amerikalı sakinlər olub. Əhalini siyahıyaalma məlumatlarına görə, afroamerikanlar ABŞ əhalisinin təqribən 13 faizini, Latın amerikalılar isə təqribən 19 faizini təşkil edir.

 

Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin hesabatında deyilir: “Vaksinləşdirmədən keçən insanlar arasında, xüsusən koronavirusa yoluxma riskinə ən çox məruz qalanlar arasında potensial qeyri-bərabərliyin qarşısını almaq üçün insanların irqi və etnik mənsubiyyəti barədə məlumatların daha tam təqdim olunması zəruridir”.

 

Mərkəzin məlumatına görə, ağdərili amerikalılarla müqayisədə afroamerikanlar və Latın amerikalılar arasında COVID-19-a yoluxma halları iki dəfə çox rast gəlinir və onların tibbi yardıma ehtiyac duyması halları dördqat çox olur. Bu iki qrup üçün virusdan ölmə riski 3 dəfə yüksəkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub