"Uşaqların tərbiyəsində ən önəmli addım görməzdən gəlməkdir" - Psixoloq məsləhəti
01.02.2021 20:15

Ən önəmli addımlardan biri uşaqlarda istəmədiyimiz davranışları ortadan qaldırmaq üçün o davranışları görməzdən gəlməkdir. Çünki valideynlərin göstərdikləri qayğı və diqqət istənməyən davranışlar üçün bəzən mükafat ola bilər.

 

Aztibb.az xəbər verir ki, bu barədə psixoloq Sevda Əliyeva uşaqlarla davranış barədə valideynlərə məsləhətlərini verib.

 

O bildirib ki, valideynlər övladlarının arzu edilən davranışlarını mükafatlandırarkən, istənilməyən davranışlarını görməzdən gələrək ortadan qaldıra bilərlər:

 

"Görməzdən gəlmənin bəzi diqqət edilməsi gərəkli olan nöqtələri var:

 

- İstənilməyən davranış "görməzdən gəlmək üçün uyğun" olmalıdır. Misal üçün uşağın özünə və ətrafına ciddi ziyan verəcək davranışları görməzdən gələ bilmərik. Bunlar üçün başqa bir metod istifadə edilir.


- Valideynlər istənilməyən davranışa bütünlüklə diqqətsiz yanaşmalıdır. Göz kontaktı qurmaqdan çəkinin sizin reaksiyalarınıza mızmızlanmasına, hətta sataşmaqlarına mümkün olduğu qədər sakit yanaşın. Əgər uşaq tez tez ağlayan bir usaqdirsa, göstərdiyi ilk mərhələdə reaksiya verməyib, səsini qaldıraraq ağlamağa başlayanda reaksiya verirsinizsə bu davranışın ortadan qalxmaq ehtimalı azdır.

 

- Təcrübədən müşahidə etdiyimiz nəticələrdə ilk öncə uşaqlarda davranışın pisləşməsi yəni artması daha sonra getdikcə azalması və ortadan qalxması müşahidə edilir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama