Bu ölkədə karantin rejimi yumşaldılır
01.02.2021 10:15

Fevralın 1-dən etibarən İtaliyada koronavirus əleyhinə qaydaların bir qismi yumşaldılır.

 

Belə ki, ölkədəki 20 regiondan 11-də epidemioloji vəziyyətlə əlaqədar qüvvədə olan işıqfor sisteminin statusu narıncıdan sarıya dəyişdiriləcək. Bu restoranların (saat 18-dək) və muzeylərin fəaliyyətini bərpası, eləcə də regionlararası səfərlər üçün qaydaların sadələşdirilməsi deməkdir. Karantin qaydalarının yumşaldılması, eyni zamanda pandemiyanın ən ağır zərbə vurduğu Lombardiya regionuna da şamil olunacaq. Yeni qaydalara görə, fitnes mərkəzləri, üzgüçülük hovuzları, teatr və kinoteatrlar hələ də bağlı qalmalıdır.

 

İtaliya Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, növbəti həftədən ölkənin heç bir regionu işıqfor sistemində qırmızı rəngdə əks olunmayacaq. Bununla belə, epidemioloqlar əhalini yüksək optimizmə meyillənməyə çağırıblar. Tanınmış həkim, Milan şəhərindəki “Sakko“ xəstəxanasında yoluxucu xəstəliklər şöbəsinin direktoru Massimo Qalli vəziyyəti şərh edərkən bildirib ki, ölkədə tətbiq edilən işıqfor sistemi infeksiyaların yayılma arealının məhdudlaşdırılması üçün uğurlu alətdir, lakin işıqforda rənglərin dəyişməsi hələ koronavirus üzərində qələbə anlamına gəlmir. Sarı zonanın elan edilməsi virusla bağlı təhlükənin ötməsini bildirmir, hər şeyi əvvəldən başlamamaq üçün bundan sonra da ehtiyatlı olmaq lazımdır.

 

Qeyd edilməlidir ki, İtaliyada koronavirus pandemiyası ilə bağlı vəziyyət nisbətən yaxşılaşıb. Yanvarın 31-də ölkədə 11 min 252 yeni yoluxma və 237 ölüm halı qeydə alınıb. Noyabr ayının ortalarında bu göstəricilər indikindən təxminən üç dəfə yüksək idilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub