Virusoloqlar: bəzi insanların orqanizmi yeni koronavirusa yoluxmağa hazırlıqlı olub
07.08.2020 13:57

La Jolla İmmunologiya İnstitutunun alimləri aşkar ediblər ki, adi soyuqdəyməyə səbəb olan digər koronavirusları tanıyan immun T-hüceyrələri SARS-CoV-2-ni də müəyyən etmək imkanına malikdir. Deməli, soyuqdəymə ilə bağlı artıq mövcud olan T-hüceyrə yaddaşı SARS-CoV-2-ni də müəyyən etməyə və effektiv immun müdafiəsi qurmağa kömək edəcək.

 

Aztibb.az medicalxpress.com saytına istinadla xəbər verir ki, Niderland, Almaniya, Böyük Britaniya və Sinqapurda aparılan tədqiqatlar göstərib ki, SARS-CoV-2 ilə heç vaxt əlaqədə olmamış 40%-dən 60%-ə qədər insan bu virus reaksiya verən T-hüceyrələrə malik olublar. Onların immun sistemi əvvəl rastlaşmadığı virusun fraqmentlərini tanıyıb.

 

Alimlər müəyyən ediblər ki, insan orqanizmi soyuqdəyməyə səbəb olan bütün növ koronaviruslara qarşı immun yaddaşın T-hüceyrələrini istehsal etmək imkanına malikdir. Bu, bəzi insanların yeni koronavirusu problemsiz keçirməyini izah edir. Onların immuniteti keçmişdə digər koronaviruslara yoluxma faktları sayəsində bu virusa hazırlıqlı olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib