Şimali Afrika ölkələrində COVID-19-a yoluxanların sayı artmaqda davam edir
29.01.2021 15:40

Körfəz və Şimali Afrikanın bəzi ölkələrində COVID-19 pandemiyası ilə bağlı vəziyyət ağır olaraq qalır. Virusa qarşı peyvəndləmə və karantin tədbirlərinə baxmayaraq, yoluxma halları artmaqda davam edir.

 

Ötən gün Körfəz ölkələri arasında pandemiyanın daha ağır olduğu Birləşmiş Ərəb Əmirliklərində COVID-19-a 3962 nəfər yoluxub, 7 pasiyent isə həyatını itirib. Əmirliklərdə virusa yoluxanların ümumi sayı 297 min nəfərə çatıb, 826 insan isə vəfat edib. Dubay və digər iri şəhərlərdə karantin rejimi yenidən sərtləşdirilir. Artıq ticarət mərkəzləri, əyləncə məkanları və ictimai-iaşə obyektləri fəaliyyətini dayandırıb.

 

Şimali Afrikada ən acınacaqlı vəziyyət isə Tunisdədir. Cəmi 4 milyon əhalisi olan bu ölkədə ötən gün 2 mindən artıq yoluxma, 62 ölüm faktı qeydə alınıb. Tunis hökuməti pandemiya və ağır sosial-iqtisadi vəziyyət, habelə artan iğtişaşlarla bağlı komendant saatı tətbiq edib. Mart ayından bəri ölkədə 155 minə yaxın yoluxma, 6508 ölüm faktı qeydə alınıb.

 

Misirdə son sutka ərzində 521 yoluxma qeydə alınsa da, COVID-19-dan ölənlərin sayında azalma müşahidə olunmur. Belə ki, ötən sutka ərzində 52 nəfər həyatını itirib və artıq vəfat edənlərin sayı 10 minə yaxınlaşır. Pandemiya ilə bağlı vəziyyət ağır olsa da, Misirdə sərt karantin rejimi tətbiq olunmayıb. Bütün ticarət, iaşə və mədəniyyət obyektləri fəaliyyətini davam etdirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub