Yaponiyada koronavirusun ölkədə yayılma mexanizmi aydınlaşdırıldı
07.08.2020 12:07

Yapon tədqiqatçıların qənaətinə görə, may ayından sonra koronavirusun nəzarət altına alındığı güman edildiyi dövrdə də ölkədə bu virusun yayılması davam edib.

 

Aztibb.az Yaponiya Milli İnfeksiya Xəstəlikləri İnstitutuna istinadla xəbər verir ki, bu barədə cari həftənin əvvəllərində koronavirusun genetik analizləri aparıldıqdan sonra məlum olub. Analizlər Yaponiyada virusa yoluxan insanlarda aparılıb. Alimlər bununla ölkədə koronavirusun yayılması mexanizmini aydınlaşdırmağa çalışıblar.

 

Bildirilir ki, aparılan analizlər nəticəsində Yaponiyada martda yayılan virusun özündə Avropa ştammını əks etdirdiyi məlum olub. Çinin Uxan şəhərində yaranan bu virus Yaponiyaya Avropadan gəlib. Həmin ştammlı virusun əmələ gətirdiyi yoluxma mayda sönüb.

 

Lakin iyunun ortalarından başlayaraq, ölkədə infeksiya klasterləri müşahidə edilməyə başlayıb. Həmin klasterlərdə yoluxanlardan götürülən nümunələrin genetik analizi bu virusun mutasiya etdiyini təsdiq edib.

 

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Yaponiyada koronavirusa yoluxanların sayı 45 minə çatıb. Virusun yaratdığı xəstəlik nəticəsində 1048 nəfər həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib