"İmmunitetimiz möhkəmdirsə, bu bizi koronavirusdan uzun müddət qoruyacaq" - Həkim-pediatr
27.01.2021 16:48
Peyvəndlənmənin neçə dəfə aparılması mütləqdir, orqanizmdə qalıcılıq müddəti nə qədərdir, nəyə görə vaksinasiya 2 dozada müəyyən edilib? Bütün bu suallar ətrafında Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Dr.Fərəh Vahabova ATV televiziya kanalının ATV Qərargah verilişinə müsahibə verib. 
 
Həkim bildirib ki, dünyada koronavirusa qarşı mübarizə davam edir. Bəzi ölkələrdə yoluxmaların sayı artdıqca, karantin qaydaları kəskin sərtləşdirilir. Azərbaycanda isə yoluxmaların sayı azaldığına, sağalanların sayı yoluxanların sayını üstələdiyinə görə karantin rejimi bir qədər yumşaldılıb. Bir sıra ticarət və iaşə obyektləri işə başlayıb. Yanvarın 18-dən isə ölkəmizdə vaksinasiya prosesinə başlanılıb:
 
"Məlum olduğu kimi, Azərbaycanda COVID-19-a qarşı Çinin "Sinovac" peyvəndi vurulur. Bu, inaktiv peyvənddir, yəni kimyəvi yolla tam zərərsizləşdirilmiş virusların antigenlərindən ibarətdir. İnsan bədəninə heç bir zərər verməyən peyvənd vasitəsilə orqanizm virusun təhlükəli, aktiv formasına qarşı immunitet qazanmış olur. Peyvənd vurulan insanlarda koronavirusa qarşı yaranan immunitet onları uzun müddət bu xəstəlikdən qoruya bilir".
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub