Podaqranın əmələ gəlmə SƏBƏBLƏRİ - MÜALİCƏSİ
27.01.2021 22:10

Podaqra - metabolik xəstəlik olub, orqanizmin müxtəlif toxumalarında sidik turşusu kristallarının (uratlar) toplanmasıdır. Sidik turşusunun böyrəklə xaric olmasının zəifləməsi hiperurikemiyaya gətirir ki, bu da podaqranın inkişafının əsasında duran səbəblərdən biridir.


Ayrı-ayrı şəxslərdə xəstəliyin əmələ gəlməsi və inkişafının bir çox risk faktorları var:


- Arterial hipertoniya;

 

- Hiperlipidemiya;

 

- Purin tərkibli maddələrin çox qəbulu; qırmızı ət, bəzi balıq növləri,qəhvə, kakao, çay, şokolad, alkoqol, noxud və s;


- Ümumi katabolizmada purin nukleotidlərinin miqdarının;
artması

 
- Sidik turşusu kristalları orqanizmdə çox əmələ gəlir və eyni zamanda, onun xaric olması ləngiyir (məs., həddən artıq alkoqol qəbulu, şok vəziyyəti,qlükoza-6-fosfatdehidrogenaza çatışmazlığı);

 

- Sidiklə sidikturşusunun xaric olmasının zəifləməsi (məs.böyrək çatışmazlığı);

 

- İrsi meyillik.


Hər hiperurikemiya podaqra demək deyil. Podaqranın minimum 3 klinik əlaməti olmalıdır:

 

- Orqanizmdə sidikturşusunun artması;

 

-Sidikturşusu kristallarının müxtəlif orqan və toxumalarda toplanması;

 

- Zədələnmə yerində kəskin iltihab, oynaq ətrafında podaqra qranuloması və tofusların olması.

 

Müalicə

 

Hazırda podaqranın klassik təbabətlə müalicəsində çətinliklər var. Biotənzimləyici preparatlar və qida korreksiyasından istifadə edərək podaqranın müaliçəsi mümkündür Qida korreksiyası üçün purin tərkibli qidaların qəbulu azaldımalıdır. Belə ki, podaqranın müalicəsində qida korreksiyası etmədən effekt əldə etmək olmaz.

 

Biotənzimləyici preparatlar Almaniya istehsalı olub, orqanizmin özünümüdafiə və özünütənzimləmə sistemlərini aktivləşdirir, drenaj-dezintoksi-kasiya funksiyalarını normallaşdırmaqla orqanizmi zərərli maddələrdən azad edir və maddələr mübadiləsi bərpa olunur.

 

Müalicə ilə terapevt, revmatoloq, nutrisioloq-dietoloq məşğul olur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama