Britaniyadan 30 ölkədən gələnlərə özünütəcrid tələbi
27.01.2021 08:50

Böyük Britaniya hökuməti “yüksək risk” kateqoriyalı 30 ölkədən Krallıq ərazisinə daxil olan insanları mehmanxanalarda təcrid olunmağa məcbur edəcək.

 

Aztibb.az bildirir ki, bu barədə “The Times” qəzeti mənbələrinə istinadən xəbər verib. Nəşrin yazdığına görə, bununla bağlı rəsmi qərar gün ərzində açıqlanacaq.

 

Belə bir radikal tədbirin köməyi ilə hakimiyyət ölkəyə koronavirusun yeni və potensial olaraq daha təhlükəli genetik variantlarının gətirilməsi riskini azaltmaq niyyətindədir. İlkin olaraq “yüksək risk” kateqoriyasına düşəcək dövlətlər arasında Braziliya və Cənubi Amerikanın bir sıra digər ölkələri, CAR və onunla həmsərhəd ölkələr, Portuqaliya, həmçinin Kabo-Verde ada dövləti var. Planetin digər nöqtələrində virusun yeni ştammlarının yayılacağı təqdirdə siyahı genişlənəcək.

 

Hazırda bu dövlətlərin bir çoxu ilə Böyük Britaniya arasında gediş-gəliş məhdudlaşdırılıb, sözügedən ölkələrdə son 10 gün ərzində olanlar üçün isə Krallıq ərazisinə giriş qadağandır. Sonuncu məhdudiyyət Britaniya vətəndaşları, müvəqqəti yaşayış icazəsi və uzunmüddətli viza sahiblərinə aid deyil.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub