Türkiyəyə daha 6,5 milyon doza peyvənd gətirildi - Fotolar
25.01.2021 11:30

Türkiyənin Çindən sifariş verdiyi koronavirus peyvəndlərinin ikinci partiyasının daşındığı Pekin- İstanbul uçuşunu həyata keçirən təyyarə İstanbula çatıb.

 

Aztibb.az “Hürriyet”ə istinadən xəbər verir ki, Çin istehsalı “CoronaVac” peyvəndlərinin daşındığı Türk Hava Yollarına məxsus “TK 6175” uçuş nömrəli “Boeing 777” tipli təyyarə saat 06:15-də İstanbul Hava Limanına enib.

 

Peyvəndlərin saxlanıldığı konteynerlər gömrük prosedurlarından keçdikdən sonra təyyarədən götürülərək anbarlara aparılıb.

 

Təyyarədə 6,5 milyon doza peyvəndin olduğu, ümumilikdə ikinci partiya çərçivəsində isə daha 3,5 milyon doza peyvəndin gətirələcəyi qeyd olunub.

 

Peyvəndlər təhlükəsizliyin yoxlanılması üçün 14 günlük sınaq müddətindən keçəcək. Bu 14 günlük mərhələdən sonra peyvəndlərin təhlükəsizliyi təsdiq olunduğu təqdirdə, təcili istifadəyə icazə veriləcək.

 

Qeyd edək ki, Türkiyədə 14 yanvardan etibarən 1 milyon 200 mindən çox insan koronavirusa qarşı peyvənd olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub