Müxəlif ölkələrdə COVID-19-la bağlı son göstəricilər
25.01.2021 10:49

ABŞ-da son sutka ərzində 169 min 935 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

Ötən 24 saatda COVİD-19-a yoluxmuş 3 min 292 nəfər vəfat edib. Beləliklə, ABŞ-da koronavirusa yoluxanların sayı 25 milyon nəfərə çatıb, ölənlərin sayı 417 min nəfəri keçib.

 

Böyük Britaniyada son sutka ərzində 30 004 nəfər koronavirusa yoluxub. 

 

Hazırda ölkədə bu virusa yoluxanların ümumi sayı 3 647 463 nəfərdir. 

 

Son sutka ərzində 610 nəfər COVID-19-dan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 97 939 nəfərə çatıb.

 

Türkiyədə sutka ərzində COVID-19-dan 140 nəfər vəfat edib.

 

Son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 min 277 nəfər COVID-19 infeksiyasına yoluxub.

 

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5 min 860, ağır xəstələr isə 105 nəfər olub.

 

Rusiyada son bir gündə daha 19 290 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 738 690 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 456 nəfər artaraq 69 918-ə yüksəlib.

 

İranda koronavirusdan daha 98 nəfər vəfat edib və ölənlərin sayı 57 481 nəfərə çatıb.

 

Ötən 24 saat ərzində ölkədə 6 309 nəfər koronavirusa yoluxub.  İranda koronavirus daşıyıcılarından 4 057 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Gürcüstanda ötən sutkada koronavirusa 298 yeni yoluxma halı qeydə alınıb, 1 311 nəfər müalicə olunaraq sağalıb, 16 pasiyent isə vəfat edib.

 

Qonşu ölkədə pandemiya başlayandan indiyədək COVID-19-a 253 816 nəfərin yoluxduğu müəyyən edilib. Onların 243 396-sı sağalıb, 3 071-i isə ölüb.

 

Aktiv koronavirus xəstələrinin sayı 7 323 nəfərdir.

 

Ermənistanda son sutka ərzində COVID-19 infeksiyasına 58 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.

 

Ölkədə indiyədək koronavirusa yoluxanların sayı 166 094, ölənlərin sayı isə 3047 nəfərə çatıb.

 

Koronavirusa yoluxanlardan 154 932 nəfərin sağaldığı bildirilir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub