Baş həkimdən vaksinasiya ilə bağlı önəmli çağırış
24.01.2021 12:05

"Peyvəndləmə koronavirusla mübarizənin əsas halqalarındandır”. 

 

Aztibb.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində 1 saylı şəhər poliklinikasının baş həkimi Kubra Cabbarova deyib.

 

"Vaksinasiya pandemiyanın yox olmasına kömək edəcək. Lakin peyvənd vurdurandan sonra arxayınlaşmaq olmaz. Pandemiya bitənə qədər maska istifadə edilməli, gigiyena qaydalarına, sosial məsafə prinsiplərinə əməl olunmalıdır. Bu virus sürətlə yayılma qabiliyyətinə malikdir. Hər yeni yoluxma halı bir neçə nəfərin yoluxması və virusun zəncirvari yayılması deməkdir. Ona görə də təkcə vaksinasiyaya arxayın olaraq digər qaydaları diqqətdən kənarda saxlamaq olmaz”, – deyə baş həkim bildirib.

 

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda COVID-19 infeksiyasına qarşı vaksinasiya başlayıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub