“Peyvənd vurulan insanlar arxayınlaşmamalı, karantin qaydalarına ciddi riayət etməlidirlər”
22.01.2021 16:48
Mərkəzi Gömrük Hospitalının həkim-pediatrı Dr. Fərəh Vahabova peyvəndləmə prosesinin necə keçirilməsi, ilk əvvəl kimlərin peyvəndlənməsi, bu prosesin poliklinikalar tərəfindən təşkil edilməsi, insanların iki mərhələdə vaksinasiyası barədə suallar ətrafında  ARB24 televiziya kanalına müsahibə verib. 
 
O, bildirib ki, yanvarın 18-dən başlayaraq, ölkəmizdə vaksinasiya prosesi həyata keçirilir. Peyvəndləmədən sonra insanlar yenə karantin qaydalarına ciddi riayət etməlidir. Çünki, peyvəndləmədən dərhal sonra yoluxmaların qarşısı alınmır, buna bir qədər vaxt lazım gəlir və ikinci dəfə peyvəndlənmək mütləqdir. Karantin qaydalarına ciddi riayət olunmazsa, yoluxmaların sayı yenidən arta bilər, ona görə də, insanlar arxayınlaşmamalı, gigiyenik qaydalara riayət etməlidirlər.
 
Onun sözlərinə görə, pasiyent peyvənddən öncə mütləq müayinədən keçməli, sağlam olmalı və peyvənd vurulandan sonra yarım saat ərzində həkim nəzarətində olmalıdır. Sahə həkimləri peyvənd vurulan insanlar haqqında məlumat toplamalıdırlar. 
 
Həmçinin bildirib ki, insanlar psixoloji cəhətdən vaksinasiyaya hazır olmalı və peyvəndlərin mənfi təsirləri barədə düşünməməlidir. Mütləq deyil ki, peyvənddən sonra insanda hər hansı bir reaksiya yaransın, yaxud dəyişiklik olsun. Lakin müəyyən dəyişikliklərin olması da istisna deyil. Hər bir orqanizm peyvəndə fərqli reakisya verə bilər.
 
Həkim hələ ki, peyvəndlərin uşaqlar üzərində sınaqdan keçirilmədiyini və tam araşdırılmadığını da diqqətə çatdırıb. Qeyd edib ki, 12 yaşdan yuxarı uşaqlara peyvənd vurula bilər. Bəzi peyvəndlər isə 16 yaşdan yuxarı tətbiq edilməlidir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub