Çin, Almaniya, Rumıniya və Gürcüstanda COVID-19-la bağlı son statistika
22.01.2021 10:39

Çində ötən sutka 103 təsdiqlənmiş və 119 asimptomatik yoluxma qeydə alınıb.

 

Təsdiqlənmiş yoluxmaların 47-i Heyloncian, 19-u Cilin, 18-i Hebey vilayətlərində, qalanları isə paytaxt Pekində, Şanxayda və Şensi vilayətində aşkarlanıb. 

 

Ötən sutka qeydə alınan 119 asimptomatik halla birlikdə hazırda Çində 929 simptomsuz COVID-19 pasiyenti var ki, Çin tərəfi bu cür simptomsuz halları təsdiqlənmiş COVID-19 xəstələri statistikasına daxil etmir.

 

Almaniyada son sutkada 17 862 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Son 24 saatda Almaniyada 859 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, ölkədə indiyədək 2 106 262 nəfərdə koronavirus qeydə alınıb. Onlardan 50 642 nəfər dünyasını dəyişib.

 

Rumıniyada koronavirusa yoluxanların sayı 703 min 776 nəfərə çatıb.

 

Ötən gün ərzində 2878 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 17 min 554 nəfərdir. İndiyədək 641 min 288 nəfər sağalıb.

 

Gürcüstanda son sutkada daha 903 nəfərə koronavirus diaqnozu qoyulub, 636 nəfər sağalıb, 24 pasiyent isə vəfat edib.

 

Hazırkı dövrədək qonşu ölkədə 251 974 nəfərin COVID-19-a yoluxduğu müəyyən edilib. Onların 238 737-si sağalıb, 3 022-si isə ölüb.

 

Aktiv koronavirus xəstələrinin sayı 10 189 nəfər təşkil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub