Müxtəlif ölkələrdə COVID-19-la bağlı son vəziyyət
21.01.2021 14:55

Çində COVID-19 virusuna gündəlik yoluxma sayı bir neçə gün azalmadan sonra yenidən çoxalmağa başlayıb.

 

Ötən sutka Çinin materik hissəsində (Honkonq və Makao xüsusi inzibati əraziləri və Tayvan adası xaric) 144 yoluxma halı aşkarlanıb. Bu rəqəm yanvarın əvvəlindən bəri sutkalıq ən çox yoluxmadır.

 

Yoluxma hallarının 68-i Heyloncian, 20-si Hebey vilayətlərində, 33-ü virusun yeni ocağı hesab olunun Cilin vilayətində, qalanları isə Pekin şəhərində, Şensi və Şandon vilayətlərində qeydə alınıb. Bundan başqa, ötən sutka 113 asimptomik hal da aşkarlanıb ki, Çin tərəfi bu cür simptomsuz halları təsdiqlənmiş COVID-19 xəstələri statistikasına daxil etmir.

 

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 159 nəfər ölüb.

 

Son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə  daha 6 435  nəfər  COVID-19 infeksiyasına  yoluxub.

 

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5 932, ağır xəstələr isə 2 102 nəfər olub.

 

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları da müəyyən edilməyən 2 406 216 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 283 919 nəfər sağalıb, 24 487 nəfər isə ölüb.

 

Rusiyada son bir gündə daha 21 887 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 655 839 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 612 nəfər artaraq 67 832-yə yüksəlib.

 

Bundan başqa, Rusiyada indiyədək bu infeksiyaya yoluxan 3 054 218 nəfər sağalıb.

 

İranda ötən sutka ərzində 93 nəfər koronavirusdan vəfat edib. Ölkədə COVID-19-dan ölənlərin sayı 57 150 nəfərə yüksəlib.

 

İranda ötən 24 saat ərzində 6204 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 354 520 nəfərə çatıb. Virus daşıyıcılarından 4168 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

 

Gürcüstanda ötən sutkada koronavirusa 1 137 yeni yoluxma halı təsdiqlənib, 1 179 nəfər müalicə olunaraq sağalıb, 11 pasiyent isə vəfat edib.

 

Qonşu ölkədə pandemiya başlayandan bu günə qədər COVID-19-a 251 071 nəfər yoluxub. Onların 238 101-i sağalıb, 2 998-i isə dünyasını dəyişib.

 

Hazırda karantin zonalarında 478, stasionar nəzarətdə 3 478 nəfər saxlanılır. 536 nəfər isə xüsusi otellərdə müalicə olunur.

 

Ermənistanda son sutka ərzində koronavirus infeksiyasına 307 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.

 

Ölkədə indiyədək koronavirusa yoluxanların sayı 165 528, ölənlərin sayı isə 3021 nəfərə çatıb.

 

Koronavirusa yoluxanlardan 154 046 nəfərin sağaldığı bildirilir.

 

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma