Balıq yağı kimlər üçün nəzərdə tutulub? - Həkim-pediatr açıqladı
20.01.2021 18:20

Sağlam uşağa balıq yağı təyin edilməməlidir. Çünki onun buna ehtiyacı yoxdur.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-pediatr Aytən İsmayılzadə məlumat paylaşıb.

 

O, bildirib ki, balıq yağının qəbulu bədəndə yağların tarazlığını qorumaq üçün lazımdır:

 

"Balıq yağı artıq çəki, qaraciyər piylənməsi astanasında , ürək - damar xəstəlikləri, aterioskleroz kimi damar tıxanıqlıq problemlərinin profilaktikası, saç, dırnaq, dəri xəstəlikləri və sair zamanı qəbul edilir.

 

Əgər insan düzənsiz qidalanmaq məcburiyyətindədirsə, məsələn, hər gün işdə ancaq trans yağlı dönər, ya hamburger yeyə bilirsə, bunun yanında bir iki kapsul balıq yağı qəbul etməsinin faydası olacaq. Amma balıq yağının qəbulu uzun müdət, hətta illərlə davam etdirilməlidir ki, orqanizmə təsir göstərsin".

 

Həkim uşaqlara balıq yağının faydasından çox zərərinin olduğunu deyib.

 

"Uşaqlara beyin, zehin, yaddaş, immunitet, iştah üçün balıq yağı verilməsi doğru deyil. Bunlar həm genetik, həm günlük məşğuliyyətə bağlıdır.

 

Uşağa bir ay balıq yağı verməyin orqanizm üçün faydalı yo zərəri var.

 

Balıq yağı istehsal edilərkən tərkibində ağır metalların qalması qaçılmazdır. Bu isə hər gün uşağa bir ay boyunca ağır metal vermək deməkdir. Ona görə hamilələrə və 3 yaşa qədər olan uşaqlara balıq yağını qətiyyən tövsiyyə etmirəm".


"Hətta balıq və dəniz məhsullarını yemək həftədə iki dəfə məsləhət görülür. Balıq yağının zərərli tərkibi ürək damar xəstəlikləri profilaktikası yanında elə də yüksək yerdə dayanmır", - deyə, həkim qeyd edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama