"Koronavirus zamanı öskürəyə qarşı tədbir görmək qəti qadağandır" - Pulmonoloq
18.01.2021 23:49

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il aprelin birinə kimi uzadılıb.

 
Eyni zamanda, ölkədə 18 yanvar saat 00:00-dan etibarən sərtləşdirilmiş karantin rejimi yumşaldı, həmin gündən etibarən ölkədə COVID-19 pandemiyasına qarşı peyvəndləmə başladı.
 
Ağciyər xəstəlikləri mütəxəssisi (Pulmonoloq) Həsən Həsənzadə COVID-19-un müalicəsində ən çox rast gəlinən səhvlər barədə danışarkən bildirib ki, bu, virusla mübarizə ilə əlaqəsi olmayan çoxsaylı vitaminlərin istifadəsidir.
 
"Əgər insan orqanizmində vitamin çatışmazlığı varsa, həkim ona vitamin müalicəsi təyin edə bilər. Əsasən, immunodepressantları qəbul edən və ya immun çatışmazlığından əziyyət çəkən pasiyentlərdən başqa, digər insanların immuniteti adətən normada olur. Bütün digər insanlara sadəcə düzgün qidalanmaq kifayət edir.
 
Bununla belə, başa düşməyimiz lazımdır ki, immunitetinizi gücləndirmək məqsədi ilə çox yeməyə gərək yoxdur. Əksinə, bu, həm müalicə zamanı, həm də müalicə sonrası bir sıra problemlərə səbəb ola bilər”, - deyə H.Həsənzadə qeyd edib.
 
Müsahibimiz həmçinin bildirib ki, yağlı qidaların ağciyəri hədəf alan koronavirusa qarşı mübarizədə müsbət nəticə verməsi kökündən səhvdir və bir çox hallarda hətta zərərlidir.
 
"Yemək dərman deyil. Bədənin sağlamlıq vəziyyətindən asılı olaraq, gün ərzində müəyyən miqdarda qida qəbul etməsi üçün gündəlik tələbat var. Bir çox hallarda normadan artıq yemək mənfi təsir göstərir”, - deyə pulmonoloq vurğulayıb.
 
Mütəxəssis həmçinin əlavə edib ki, öskürək tənəffüs sisteminin qoruyucu mexanizmidir və onun infeksion proseslər zamanı olması normaldır:
 
"Öskürək tənəffüs sistemində problem yaratmadığı müddətcə ona müdaxilə etməyə gərək yoxdur. İnfeksion proseslər zamanı öskürəyin dayandırılması xəstəliyin pisləşməsinə səbəb olur və ya onun müddətini uzadır”.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub