COVID-19 ABŞ-da orta ömür həddinin azalmasına səbəb olub
18.01.2021 09:35

COVID-19 pandemiyası Amerika Birləşmiş Ştatlarında 2020-ci ildə orta ömür həddini azı 12 ay qısaldıb: bu göstərici təqribən 78,5 yaşdan 77,5 yaşa enib.

 

Aztibb.az xəbər verir ki, bu barədə “Proceedings of the National Academy of Sciences” elmi jurnalında dərc edilən hesabatda bildirilir. Koronavirusun ömür həddinə təsiri ilə bağlı sosial tədqiqat aparan “Proceedings of the National Academy of Sciences” aparıcı Amerika nəşridir, burada müxtəlif sahələr, əsasən biologiya və tibb, həmçinin fizika və sosial elmlər üzrə orijinal elmi tədqiqatlar dərc edilir.

 

Məlumatlara əsasən, afroamerikalıların ömür həddi azı 2 il, Latın amerikalılarında isə müvafiq göstərici azı 3 il azala bilər. Tədqiqatçıların fikrincə, ağdərili insanların ömrünün 1 ildən az qısalması mümkündür.

 

Ötən il koronavirus Birləşmiş Ştatlarda 336 min insanın ölümünə səbəb olub. Tədqiqatın həmmüəllifi, Los-Ancelesdəki Cənubi Kaliforniya Universitetinin Leonard Devis adına Herontologiya Məktəbinin elmi işçisi Tereza Andrasfayın bəyanatında deyilir: “COVID-19 ABŞ-da, xüsusən afroamerikalı və Latın amerikalılar arasında ömür həddinə böyük təsir edib. Bilirik ki, əhalinin bu qrupunun nümayəndələrində COVID-19 koronavirusundan ölüm riskini artıracaq bəzi xəstəliklər daha yüksək səviyyədə olur”.

 

2010-cu ildə əhalinin siyahıyaalınması göstəricilərinə görə, ABŞ əhalisinin 13 faizini afroamerikalılar, təxminən 18 faizini Latın amerikalılar təşkil edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub