Rusiyada əhalinin kütləvi vaksinasiyasına başlanılıb
18.01.2021 12:53

Bu gündən Rusiyada əhalinin koronavirusa qarşı kütləvi vaksinasiyasına başlanılıb.

 

Aztibb.az xəbər verir ki, ötən ilin dekabrından ölkədə koronavirusa qarşı miqyaslı kompaniyaya start verilib.

 

Əsasən tibb işçiləri, müəllimlər və sosial işçilər, eləcə də sosial xidmət sahələrində çalışanlar və xroniki - ürək-damar, şəkərli diabet və s. kimi xəstəlikdən əziyyət çəkənlər koronavirusa qarşı peyvənd olunublar.

 

Ötən həftə isə prezident Vladimri Putin Nazirlər Kabinetinin iclasında əhalinin kütləvi vaksinasiyasına başlanması barədə göstəriş verib.

 

Baş nazirin müavini Tatyana Qolikova yanvarın 18-dən əhalinin kütləvi vaksinasiyasına start verildiyini açıqlayıb. Onun sözlərinə görə, vaksinasiya hələlik ancaq “Sputnik V” peyvəndi ilə aparılır, daha sonra isə digər preparatlarla vaksinasiya mümkün olacaq.

 

Qeyd edək ki, Rusiyada ötən il avqustun 11-də koronavirusa qarşı ilk vaksin dövlət qeydiyyatından keçib. “Sputnik V” adlandırılan vaksin Hamaley adına Milli Epidemiologiya və Biologiya Mərkəzi İnstitutu tərəfindən hazırlanıb. Daha sonra isə Rusiyada “Vektor” mərkəzi tərəfindən “EpiVakKorona” peyvəndi qeydiyyatdan keçib.

 

Rusiyada COVID-19-a qarşı daha bir peyvənd preparatı hazırlanıb. Çumakov adına İmmunobioloji Preparatların İşlənilməsi və Tədqiqatları Federal Elmi Mərkəzinin hazırladığı peyvəndin bu ilin fevralında qeydiyyatdan keçməsi gözlənilir.

 

Rusiyada əhalinin vaksinasiyası pulsuz və könüllü əsaslarla aparılır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub