Koronavirusun şiddətinə təsir edən FAKTOR
18.01.2021 09:49
 

Honkonq Universitetinin alimləri bağırsaq bakteriyalarının növünün və sayının koronavirusun şiddətinə təsir etdiyini irəli sürüb. Alimlər hesab edir ki, bakteriyaların disbalansı xəstəliyin uzun müddət davam etməsinə səbəb ola bilər.

 

Aztibb.az xəbər verir ki, tədqiqatın nəticələri İngilis Tibb Birliyinin “Gut” jurnalında dərc edilib. 2020-ci ilin fevral-may aylarında mütəxəssislər 100 koronavirus xəstəsinin qan və nəcis testi nəticələrini həm xəstəxanada olduqları müddətdə, həm də sağaldıqdan sonra 30 gün ərzində analiz edib.

 

Elm adamları araşdırmaya eyni zamanda pandemiyadan əvvəl mikrobiom tədqiqatında iştirak edən 78 nəfərin məlumatlarını əlavə edib.

 

Koronavirus xəstələrində immun cavab bakteriyası xeyli az olub və müalicə olunduqdan sonra aşağı düşüb.

 

Mütəxəssislər hesab edir ki, sağaldıqdan bir neçə ay sonra da davam edən yorğunluq, təngənəfəslik və oynaq ağrıları bağırsaq mikrobiomundakı disbalans nəticəsində baş verir. Alimlər həzm sistemindəki faydalı bakteriyaların bəzi simptomları və onun şiddətini yüngülləşdirə biləcəyini söyləyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub