Bir sıra ölkələrdə pandemiya ilə bağlı son göstəricilər
17.01.2021 17:46

Rusiyada son sutka ərzində daha 23 586 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

Ölkədə COVID-19-a yoluxanların sayı 3 568 209 nəfərə yüksəlib.

 

Son sutka ərzində 481 nəfərin koronavirusdan öldüyü bildirilir. Ümumilikdə Rusiyada bu infeksiyadan ölənlərin sayı 65 566 nəfərə çatıb.

 

Böyük Britaniyada son sutkada 41 min 346 nəfər COVID-19-a yoluxub, 1295 nəfər isə həyatını itirib.

 

Hazırda ölkədə infeksiyaya yoluxanların ümumi sayı 3 milyon 357 min 361 nəfər təşkil edir.

 

Rumıniyada koronavirusa yoluxanların sayı 691 min 488 nəfərə çatıb. 

 

Son 24 saat ərzində 3 min 218 yeni yoluxma hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin sayı 17 min 164 nəfərdir, 620 min 58 nəfər sağalıb.

 

Ukraynada son sutka ərzində 5990 nəfər COVID-19-a yoluxub, 2131 pasiyent xəstəxanalara yerləşdirilib, 116 nəfər isə bu xəstəlikdən ölüb.

 

Yanvarın 16-na olan vəziyyətə görə, Ukraynada 1 milyon 160 min 682 yoluxma faktı təsdiqlənib. Xəstələnənlərdən 865 min 960 nəfər müalicə olunaraq evə buraxılıb. Pandemiya dövründə koronavirusdan ölənlərin sayı 20 min 984 nəfərə çatıb.

 

Gürcüstanda son 24 saat ərzində daha 780 nəfər koronavirusa yoluxub, 1608 nəfər sağalıb, 17 pasiyent isə pandemiyanın qurbanı olub.

 

Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 247 min 805-ə çatıb. Onların 232 min 993-ü sağalıb, 2933-ü isə ölüb.

 

Ermənistanda son sutka ərzində COVID-19 infeksiyasına 351 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.

 

Pandemiya başlayandan bəri Ermənistanda koronavirusa 164 586 yoluxma qeydə alınıb.

 

Ermənistanda indiyədək COVID-19-dan 2992 nəfər ölüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub