2021-ci ilin martına qədər koronavirus qurbanlarının sayı 5 milyonu keçə bilər - Xəbərdarlıq
17.01.2021 14:00

2021-ci il martın əvvəlinə qədər dünyada beş milyondan çox insan yeni növ koronavirusun qurbanı ola bilər.

 

Aztibb.az-ın "South China Morning Post" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Çin Xəstəliklərin Nəzarəti və Qarşısın alınması üzrə Mərkəzi, Çin Xalq Qurtuluş Ordusu və bəzi digər elmi- tədqiqat institutlarının alimləri xəbərdarlıq ediblər.

 

Alimlərin hesablamalarına görə, vəziyyətin xoşagəlməz inkişafı təqdirində bu il martın əvvəlinə qədər dünyada koronavirusa yoluxanların sayı 170 milyonu keçə bilər. Üstəlik, infeksiyaya yoluxma halların əksəriyyəti alimlərin 32 milyon yoluxma halı proqnozlaşdırdığı ABŞ-a düşəcək.

 

Tədqiqatçılar, həmçinin maskalar taxmaq, sosial məsafəni saxlamaq və 2021-ci ilin mart ayının əvvəlinə qədər kütləvi peyvəndləmə kimi lazımi təhlükəsizlik tədbirlərə riayət edilsə, koronavirus qurbanlarının sayının 300 min nəfər olacağını hesablayıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub