COVID-19-un yeni ştammı mart ayınadək ABŞ üçün “ən çox təsadüf edilən” ola bilər
16.01.2021 13:55

COVID-19-un yüksək yoluxuculuq qabiliyyətinə malik ştammı mart ayınadək Birləşmiş Ştatlarda “ən çox təsadüf edilən” ola bilər ki, bu da pandemiyaya nəzarəti potensial olaraq çətinləşdirər.

 

Aztibb.az xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə nəzarət və onların profilaktikası üzrə mərkəzinin tədqiqatçıları bildiriblər. Onlar hesab edirlər ki, B.1.1.7 ştammı ilk dəfə ötən ilin sentyabrında İngiltərədə aşkarlanıb, lakin bu ştammın koronavirusun bir növü olması ötən ilin dekabrınadək müəyyən edilməyib. Mərkəzin tədqiqatçıları qeyd ediblər ki, yeni ştamm dünyanın 30-dan çox ölkəsində aşkarlanıb. Artıq ABŞ-ın 10 ştatında koronavirusun yeni ştammına 76 yoluxma halı qeydə alınıb.

 

Onların sözlərinə görə, bu ştammın sürətlə yayılması COVID-19 əleyhinə vaksinlərin təsiri ilə əhalinin immunitetinin möhkəmlənməsi prosesini ləngidə bilər. İki vaksin - “Pfizer-BioNTech” və “Moderna” vaksinləri ötən ay Birləşmiş Ştatlarda istifadə üçün bəyənilib. Tədqiqatçılar yeni ştamma yoluxmanın aşkar edilməsi istiqamətində səyləri testləşdirmənin miqdarının artırılması və imkanlarının yaxşılaşdırılması, yoluxmuş insanlarla əlaqələrin izlənilməsi üzrə təşəbbüsləri gücləndirməyə çağırıblar.

 

Mərkəzin mütəxəssisləri qeyd edirlər ki, B.1.1.7 ştammının Birləşmiş Ştatlarda gələcəkdə yayılması barədə proqnozlar kompüter modelləşdirməsi vasitəsilə aşkarlanan nəticələrə əsaslanır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub