COVID-19 peyvəndinin yarana biləcək ƏKS TƏSİRLƏRİ - Nə etməli?
15.01.2021 22:53

Türkiyənin Səhiyyə Nazirliyi COVID-19 peyvəndinin yan təsirləri ilə qarşılaşdıqda nələrin edilməli olduğu ilə bağlı məlumat paylaşıb.

 

Aztibb.az Medimagazin.com.tr-yə istinadən xəbər verir ki, məlumatda bildirilib: "Vaksin vurulandan sonra şişkinlik, ağrı, qızartı aşkarlanarsa qol yüksəklikdə saxlanılaraq soyuq kompres tətbiq edilməlidir. Buzun dəriyə birbaşa təması qəti qadağandır. Dəsmalın isladılaraq peyvənd yerinə qoyulması məsləhətdir. Bundan əlavə, qeyd olunan vəziyyətdə tərkibində parasetamol olan ağrıkəsicilərindən istifadə edilə bilər".

 

"Simptomlara əsasən tətbiq edilməli olan prosedur belə sıralanır:

 

Yorğunluq müşahidə edilərsə, istirahət edin, kifayət qədər maye qəbul etdiyinizdən əmin olun.

 

Baş ağrısı, əzələ, oynaq ağrısı, yüngül qızdırma, üşütmə halında kifayət qədər maye qəbulu və istirahətlə yanaşı, tərkibində parasetamol olan ağrıkəsicilərdən istifadə edə bilərsiniz.

 

Qusma, ishal halında isə bol miqdarda maye ilə yanaşı ishal halına uyğun olaraq pəhrizinizi tənzimləyin.

 

Qusma halının intensivləşdiyi və maye, qida qəbul edə bilmədiyiniz halda isə mütləq yaxınlıqda olan sağlamlıq müəssisəsinə müraciət edin",-  deyə məlumatda qeyd edilib.

 

Nazirlik vətəndaşlara müraciət edərək, COVID-19 peyvəndinin tətbiqindən sonra, peyvəndlə əlaqəli olduğu düşünülən hər hansı narahatlıq halında ən yaxın səhiyyə müəssisəsinə müraciət etmələrini bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub