Professor Surxay Musayev: "Peyvənd olunmadan koronavirusdan canımızı qurtara bilməyəcəyik"
15.01.2021 16:28
Ümumdünya Səhiyyə Təşkilatı peyvəndləməni sürətləndirmək üçün müraciət edib. Digər tərəfdən isə peyvəndlə bağlı fikirlər də müxtəlifdir. Ümumiyyətlə, peyvənd həll yoludurmu?
 
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev "ATV Qərargah" verilişində koronavirusla bağlı ölkədə son vəziyyət və vaksinasiya barədə ətraflı məlumat verib. 
 
Həkim bildirib ki, dünya tarixində epidemiyalar çox olub. Məlumdur ki, ispan qripi 50-100 milyon aralığında insanın həyatına son qoyub. Ondan qabaqkı dövrlərdə vəba, çiçək və s. epidemiyalar olub. Bunların böyük əksəriyyətinin aradan qaldırılmasında vaksinlər kömək edib. Biz xəstələnənləri müalicə edirik, Ancaq bu, o demək deyil ki, xəstələnənlər sağaldıqdan sonra bir də xəstələnməyəcək:
 
"Peyvəndlərlə bağlı mən bir daha vurğulamaq istəyirəm ki, peyvəndləmə vacibdir. Bir qrup insanlar peyvəndin əleyhinədirlər. Düşünürlər ki, hansı peyvənd tətbiq olunacaq, yaxud peyvəndin zərərləri çoxdur. Lakin digər epidemiyaların təcrübəsi göstərir ki, peyvənd olunmadan koronavirusdan canımızı qurtara bilməyəcəyik. Əgər normal həyat tərzinə qayıtmaq istəyiriksə, vaksinasiya bunun çıxış yoludur".
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub