Qulaqlarda səs-küy orqanizmdə B12 vitamini çatışmazlığının göstəricisidir - ARAŞDIRMA
15.01.2021 13:15

Qulaqlarda müntəzəm səs-küyün olması sağlamlıqla bağlı ciddi problemlərin mövcudluğuna dəlalət edir.

 

Aztibb.az rg.ru-ya istinadən xəbər verir ki, bu barədə “Express” yazıb.

 

Alimlər müəyyənləşdiriblər ki, qulaqlarda səs-küy - tinnitus (xaricdə səs olmadan qulaqlarda səs- küyün eşidilməsi-red) orqanizmdə B12 vitamininin çatışmazlığını göstərir. O, yalnız sinir sisteminin işinə cavab vermir, eritrositlərin və dezoksiribinuklein turşusunun hazırlanmasında da rol oynayır.

 

Ekspertlərin iddiasına əsasən, B12, həmçinin mielinin - əsəbləri əhatə edən qoruyucu və təcrid edən qabığın istehsalı üçün lazımdır. Vitaminin çatışmazlığı sinirlər arasında əlaqənin pisləşməsinə gətirir, bu isə qulaqlarda küyün yaranmasına imkan yarada bilər.

 

Eləcə də B12 çatışmazlığı əl və ayaqlarda uyuşma, əzələ zəifliyi və refleks itkisinə səbəb ola bilər.

 

Tinnitus pasiyentlər tərəfindən uğultu, fışıltı, fit, cingilti, axan su səsi kimi səciyyələndirilə bilər.

 

Tinnitus əleyhinə dərmanlar hələ mövcud deyil. Ancaq təcrübədə müalicənin mühafizəkar metodlarından - medikomentoz terapiya, fizioterapiya, refleksoterapiya və eşitmə aparatlarından istifadə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama